Bank Of Baku

ABŞ-da daha üç iri bank bağlanıb

ABŞ-da daha üç iri bank bağlanıb
# 09 iyul 2011 08:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın bank sektorunun tənzimləyici orqanı olan Depozitlərin Sığortalanması Federal Komissiyası daha 3 bankı bağlayıb. Beləliklə, 2011-ci ildə bağlanılan bankların ümumi sayı 51-ə çatıb.

«APA-Economics»ə verilən məlumata görə, bu bankların sırasında İllinoys ştatında yerləşən «First Chicago Bank&Trust of Chicago» bankı (aktivlərin həcmi 960 mln. dollar), Kolorado ştatındakı «Colorado Capital Bank of Castle Rock» bankı (717,5 mln. dollar) və «Signature Bank of Windsor» bankı (67 mln. dollar) da var.

Xatırladaq ki, ötən il ABŞ-da 157, 2009-cu ildə isə 140 bank bağlanılıb. Komissiyanın proqnozlarına görə, 2011-ci ildə bağlanılan bankların sayı ötən ildəkindən daha az olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR