Bank Of Baku

Bakıda Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq işçi qrupunun iclası başlayıb

Bakıda Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq işçi qrupunun iclası başlayıb
# 11 iyul 2011 07:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu (SUMR) arasında ticarət və iqtisadi əməkdaşlıq işçi qrupunun I iclası başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Çin nümayəndə heyətinə isə SUMR-un partiya komitəsinin daimi komitə üzvü, muxtar vilayət hökumətinin sədr müavini Hu Vei rəhbərlik edir.

Görüşdə Azərbaycan və SUMR arasında ticarət və iqtisadi əlaqələrin vəziyyəti, eləcə də müxtəlif sahələrdə, o cümlədən ticarət, investisiya, enerji, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, nəqliyyat gömrük, maliyyə, mədəni mübadilə, turizm, səhiyyə və digər sahələrdə əlaqələr müzakirə olunur.

İşçi qrupunun iclası hazırda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR