Bank Of Baku

«Başak İnam» sığorta şirkəti ilin sonunadək aktivlərini 6 mln. manata çatdıracaq

«Başak İnam» sığorta şirkəti ilin sonunadək aktivlərini 6 mln. manata çatdıracaq
# 11 iyul 2011 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkəti 2011-ci il ərzində aktivlərini təxminən 7% artıraraq 6 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.
O. Həsənovun sözlərinə görə, qeyd olunan dövr ərzində şirkətin məcmu kapitalında da artım olacaq. Belə ki, il ərzində şirkətin məcmu kapitalı təxminən 15% artaraq 4 mln. manata çatdırılacaq.
O. Həsənovun fikrincə, hazırda bazarda nağd pula çox ehtiyac var. «Buna görə, müştərilər daha çox hissəli sığorta müqavilələrinə (sığorta haqqının hissələrlə ödənilməsi) üstünlük verir. Bu isə öz növbəsində sığorta şirkətində ehtiyatların yaranmasına, məcmu kapitalın aşağı düşməsinə səbəb olub. Bu, bazarın reallığıdır, bunun əksinə başqa cür addımlar atmaq mümkün deyil», - deyə o bildirib.
Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR