Bank Of Baku

«AccessBank» «Azərbaycanın ən yaxşı bankı» adına layiq görülüb

«AccessBank» «Azərbaycanın ən yaxşı bankı» adına layiq görülüb
# 11 iyul 2011 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Londonda keçirilən «Euromoney Nəşriyyat Qrupu»nun ənənəvi «Ən yaxşı nəticələr» mükafatlandırma mərasimində «AccessBank» QSC «Azərbaycanın ən yaxşı bankı» adına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır.

Mərasimdə bildirilib ki, bank sektorunun 2010-cu ildə iqtisadiyyatın zəifləməsi şəraitində artan borclarla mübarizə apararkən, kiçik, orta və mikro-maliyyələşdirmə üzrə aparıcı təşkilat olan «AccessBank» yenə də nəzərə çarpan nəticələri nümayiş etdirib. Belə ki, depozitlərin 85% artması orta sahə göstəricisindən dörd dəfə artıq olub, xalis kreditlər isə 14,7% çoxalıb. Bu, həmçinin müsbət haldır ki, «AccessBank» iqtisadiyyatın diversifikasiya edilməsinin dəstəkləməsində öz missiyasını yerinə yetirir.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR