Bank Of Baku

BVF rəhbəri: “ABŞ-ın borclanma limitini artırmaması dünya iqtisadiyyatı üçün təhlükəli nəticələrə səbəb ola bilər”

BVF rəhbəri: “ABŞ-ın borclanma limitini artırmaması dünya iqtisadiyyatı üçün təhlükəli nəticələrə səbəb ola bilər”
# 11 iyul 2011 13:11 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) yeni icraçı direktoru Kristin Laqard bəyan edib ki, ABŞ öz borclanma limitini artırmasa, bu, dünya iqtisadiyyatı üçün təhlükəli nəticələrə səbəb ola bilər.

APA-Economics”in xəbərinə görə, K.Laqard ABC telekanalına müsahibəsində bildirib ki, borclanmanın yuxarı həddi artırılmasa, faiz dərəcələri kəskin artacaq, fond bazarları isə iflas olacaq.

“Bu isə BVF-nin başlıca hədəfinə - dünya iqtisadiyyatında stabilliyin qorunmasına təhlükə yaradacaq” - deyə K.Laqard qeyd edib.

Xatırladaq ki, hazırda ABŞ-ın yuxarı borclanma həddi 14,3 trln. dollardır. Ölkənin maliyyə naziri Timoti Qaytner bildirib ki, avqustun 2-nə qədər bu hədd artırılmasa, ABŞ-ı defolt gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR