Bank Of Baku

«DəmirBank»ın kart sahibləri «Metkarting» Əyləncə və İdman Mərkəzində də endirimlər əldə edəcək

«DəmirBank»ın kart sahibləri «Metkarting» Əyləncə və İdman Mərkəzində də endirimlər əldə edəcək
# 11 iyul 2011 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC plastik kart sahibləri «Metkarting» Əyləncə və İdman Mərkəzində «Kart sahiblərinə endirimlər» proqramı çərçivəsində endirimlər əldə ediblər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kart sahibləri «Metkarting»də olan bütün xidmətlər üzrə (kartinq, restoran-bar, mafia-club, diskoteka və s.) 5%-lik endirimdən yararlana bilərlər.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir: «Ölkədə fəaliyyət göstərən 31 müxtəlif xidmət və ticarət-əyləncə şirkətləri «DəmirBank»ın «Kart sahiblərinə endirimlər» layihəsinin üzvüdür. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır».

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR