Bank Of Baku

«Başak İnam» sığorta şirkəti bu il 4 mln. manat həcmində sığorta haqlarının yığılmasını proqnozlaşdırır

«Başak İnam» sığorta şirkəti bu il 4 mln. manat həcmində sığorta haqlarının yığılmasını proqnozlaşdırır
# 11 iyul 2011 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkəti 2011-ci il ərzində topladığı sığorta haqlarının həcmini 55% artıraraq 4 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, il ərzində ən çox sığorta haqqı «Kənd təsərrüfatı məhsullarının sığortası» növü üzrə toplanacaq. Belə ki, bu il sözügedən növə üzrə 1 mln. manat həcmində sığorta haqqının yığılması proqnozlaşdırılıb.

O.Həsənov bildirib ki, bu ilin yanvar-iyun aylarında şirkətin daxilolmalarının həcmi 1,6 mln. manat, sığorta ödənişləri isə 0,6 mln. manat təşkil edib. Yığımların ödənişlərə nisbəti 38% təşkil edib.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR