Bank Of Baku

Azərbaycanda aktuarilər müvafiq dövlət qurumu tərəfindən lisenziyalaşdırılacaq

Azərbaycanda aktuarilər müvafiq dövlət qurumu tərəfindən lisenziyalaşdırılacaq
# 11 iyul 2011 14:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda aktuari kimi fəaliyyət göstərmək istəyən şəxslər müvafiq dövlət qurumu tərəfindən lisenziyalaşdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilov bildirib ki, bir çox xarici ölkələrdə sığorta şirkətləri dövlət sığorta nəzarəti xidmətinə verdikləri hesabatları aktuarilər də qeydiyyatdan keçirməlidirlər. Azərbaycanda da bu istiqamətdə iş aparılır: “Aktuarilərin dövlət qurumu tərəfindən lisenziyalaşdırılması ilə bağlı altı hissədən ibarət proqram var. Bunun dörd mərhələsi artıq başa çatıb. Qalan iki mərhələni isə bu il qurtarmağı planlaşdırırıq”.

Qeyd edək ki, hazırda sığorta şirkətlərində aktuari kimi fəaliyyət göstərmək istəyən şəxslər müvafiq test imtahanından keçdikdən sonra yalnız sertifikat alırlar. Gələn il ərzində “Sığorta fəaliyyəti haqqında” qanuna ediləcək əlavə və dəyişikliklər təsdiqləndikdən sonra aktuari fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti müvafiq dövlət qurumu tərəfindən lisenziyalaşdırılacaq.

Aktuari - peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan, riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində işlər aparan mütəxəssisdir. Əsas olaraq aktuar hesablamalar həyat sığortası sahəsində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR