Bank Of Baku

«Qala Həyat» yeni qəbul olunmuş icbari sığorta növü üzrə 7 500 işçini sığortalayıb

«Qala Həyat» yeni qəbul olunmuş icbari sığorta növü üzrə 7 500 işçini sığortalayıb
# 11 iyul 2011 15:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti tərəfindən indiyədək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü 7 500 işçini sığortalayıb. Bunu «APA-Economics»ə şirkətin Müşahidə Şurasının üzvü Vüsal Abbasov bildirib.

V.Abbasovun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında təxminən 4 mln. manata yaxın sığorta haqqı toplanılıb ki, bunun da 90%-dən çox hissəsi «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növünün payına düşüb. Sığortalananlar əsasən hüquqi və fiziki şəxslərin işçiləridir.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR