Bank Of Baku

«Parabank» ASC «Faizlərə Yox deyək!» adlı kredit kampaniyasına başlayıb

«Parabank» ASC «Faizlərə Yox deyək!» adlı kredit kampaniyasına başlayıb
# 12 iyul 2011 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC kiçik və orta sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə «Faizlərə Yox deyək!» adlı kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, yeni kredit kampaniyası ilə əlaqədar bank Şirvan, Beyləqan, Bərdə, Ağcabədi, Ağdamın Quzanlı qəsəbəsində və Gəncədə kredit yarmarkaları keçirib. Kredit yarmarkaları hər şəhərdə iki gün keçirilib.

Bankdan bildirib ki, kampaniyanın əsas məqsədi sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir. Yarmarka zamanı «Parabank»ın əməkdaşları əhalini bankın təqdim etdiyi xidmətlər ilə yaxından tanış ediblər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan “Parabank” ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR