Bank Of Baku

Vladimir Putin: “ABŞ pul çap edən dəzgahını işə salmaqla xuliqanlıq edir”

Vladimir Putin: “ABŞ pul çap edən dəzgahını işə salmaqla xuliqanlıq edir”
# 12 iyul 2011 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın öz büdcə problemlərini əlavə valyuta emissiyası hesabına həll etmək cəhdlərini xuliqanlıq adlandırıb.

APA-Economics”in xəbərinə görə, baş nazir bu bəyanatı Rusiya Elmlər Akademiyasının iqtisadçıları ilə görüşündə səsləndirib.

“Biz xoşbəxtlikdən və ya bədbəxtlikdən ehtiyat valyuta çap edə bilmirik. Bəs onlar neyləyirlər? Sadəcə, xuliqanlıq edirlər - öz problemlərini həll etmək üçün dəzgahın düyməsini basıb pul çap edir və bütün dünyaya yayırlar” - deyə V.Putin qeyd edib.

Onun sözlərinə görə, ABŞ pul çap etmək sahəsində “inhisarçılığından” tam gücü ilə istifadə edir: “Rusiya sərt büdcə intizamını qorumağa borcludur. Biz sizinlə qarşımızda duran problemləri defisit hesabına həll etməyi çətin ki, özümüzə layiq bilək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR