Bank Of Baku

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin beş ekipaj üzvü «Atəşgah Həyat» tərəfindən sığortalanıb

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin beş ekipaj üzvü «Atəşgah Həyat» tərəfindən sığortalanıb
# 12 iyul 2011 10:20 (UTC +04:00)
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan vətəndaşları olan həmin ekipaj üzvləri 2010-cu ilin dekabrından tətbiq olunan «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanununa uyğun olaraq sığortalanıb.

Şirkətdən bildirib ki, zəruri ekspertiza və müvafiq işlərin sona çatdırılmasından sonra şirkət bağlanmış müqavilələr çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

«Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə Azərbaycanda həyat sığortası üzrə yaradılan ilk şirkət olub.

Qeyd edək ki, gəminin ekipaj üzvləri həmçinin «Könüllü fərdi qəza sığortası» növü üzrə «İpək Yolu» sığorta (əvvəlki «Azal Sığorta») şirkəti tərəfindən sığortalanıb.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR