Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti son bir ildə yığımlarını 2 dəfə artırıb

«AXA MBASK» sığorta şirkəti son bir ildə yığımlarını 2 dəfə artırıb
# 12 iyul 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AXA MBASK» sığorta şirkətinin 2011-ci ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 6,579 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü üzrə ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (3,356 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,896 mln. manat), «Tibbi sığorta» (401,6 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (278,6 min manat) növləri üzrə toplanılıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 51%, 28,8%, 6,1% və 4,2% təşkil edib.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə 6,513 mln. manat, icbari sığorta növləri üzrə 66,3 min manat həcmində sığorta haqqı toplanılıb. Ödənişlərə gəldikdə, son bir illə müqayisədə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 24% azalaraq 1,359 mln. manata çatıb. Ödənişlərdə 911,8 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 376,2 min manat «Tibbi sığorta» və 37,5 min manat isə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növləri üzrə ödənilib. Hesabat dövründə könüllü sığorta növləri üzrə 1,322 mln. manat, icbari sığorta növləri üzrə isə 37,5 min manat həcmində vəsait ödənilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketini (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə Eldar Qəribova məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR