Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən iri bankları sırasındadır

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən iri bankları sırasındadır
# 12 iyul 2011 11:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “RİA-Analitika” İqtisadi Təhlil Mərkəzi tərəfindən MDB ölkələrinin bank sistemlərinin tədqiqatı nəticəsində regionun ən iri bankların siyahısı açıqlanıb.

Azərbaycan Beynəlxalq Bankından (ABB) “APA-Economics”ə verilən məlumata görə, MDB və Gürcüstanın ən iri 100 bankın reytinqində Azərbaycan Beynəlxalq Bankı 33-cü yeri tutub.

Reytinq cari ilin yanvarın 1-nə olan aktivlərin göstəriciləri üzrə hazırlanıb. Reytinqdə regionun 7 ölkədən bankların yer alıb. Bunlar Rusiya, Ukrayna. Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan və Özbəkistandır. Daha 5 ölkə - Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan və Türkmənistanda reytinqə düşmək üçün aktivlərin lazımı miqdara malik olan banklar yoxdur.

Reytinqdə 69 Rusiya bankı yer alıb. Onların payına 874 mlrd. dollar məbləğində məcmu aktivlər düşür ki, bu da reytinqə əks olunmuş bankların aktivlərinin 80%-dir.

Qeyd edək ki, MDB-nin ən iri bankların məcmu aktivləri ötən ildə 15% artıb. Ən iri 100 bankdan 78-də aktivlərin artımı, 22-də isə azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR