Bank Of Baku

«Çartis Azərbaycan» şirkətlərin işçilərinin dələduzluq hərəkətlərinə görə 7 min manata yaxın ödəniş edib

«Çartis Azərbaycan» şirkətlərin işçilərinin dələduzluq hərəkətlərinə görə 7 min manata yaxın ödəniş edib
# 12 iyul 2011 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Çartis Azərbaycan» sığorta şirkətinin 2011-ci ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 647,547 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 38% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 5,4 dəfə azalaraq 7,366 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox sığorta haqqı «Ümumi mülki məsuliyyətin sığortası» (313,859 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (278,980 min manat) və «Yanğından icbari sığorta» (9,857 min manat) növləri üzrə toplanıb.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərinin sığortası” növü üzrə ödənilib. Belə ki, bu növ üzrə ödənilən vəsaitlərin həcmi 6,617 min manat təşkil edib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib. Ötən ilin noyabr ayında şirkətin brendi «Çartis Azərbaycan»a dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR