Bank Of Baku

«DəmirBank» ASC-nin «Şəmkir» şöbəsi fəaliyyətə başlayıb

«DəmirBank» ASC-nin «Şəmkir» şöbəsi fəaliyyətə başlayıb
# 12 iyul 2011 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC xidmət şəbəkəsinin genişləndirilməsi məqsədi ilə «Şəmkir» şöbəsini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Şəmkir şəhəri, Nizami küçəsi, 69a ünvanında yerləşən «Şəmkir» şöbəsi fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, Şəmkirdə yeni şöbənin açılışı bank üçün, eləcə də müştərilər və bölgənin əhalisi üçün əlamətdar hadisədir: «Keyfiyyətli bank xidmətinin göstərilməsi üçün şöbədə zəruri şərait yaradılıb. Şöbə müştərilərə hesablaşma-kassa, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər göstərir».

Yeni şöbənin açılması ilə «DəmirBank»ın xidmət şəbəkəsinin sayı 31-ə çatıb. Bunların da 13-ü Bakıda, 18-i regionlarda (Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli) yerləşir.

«DəmirBank» (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR