Bank Of Baku

Bu ilin I yarısında Vergilər Nazirliyi tərəfindən 260 cinayət işi başlanıb

Bu ilin I yarısında Vergilər Nazirliyi tərəfindən 260 cinayət işi başlanıb
# 12 iyul 2011 14:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 6 ayında Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 260 cinayət işi başlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə 144 iş üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınma və qanunsuz sahibkarlığa görə 3 iş, vergiləri ödəməkdən yayınmaya görə 6 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla, cəmi 18 nəfər barəsində 11 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 81 cinayət işinə xitam verilib, 24,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 6 nəfər tutularaq Departamentin istintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 125 şəxs məcburi qaydada məhkəməyə, 104 şəxs istintaqa gətirilib, 68 şəxsin isə yeri müəyyən olunaraq istintaqa məlumat verilib. Vergi yoxlamalarından yayınan 90 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR