Bank Of Baku

Ziyad Səmədzadə: “Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur”

Ziyad Səmədzadə: “Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur”
# 12 iyul 2011 14:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Milli Məclisin payız sessiyasında Azərbaycan iqtisadiyyatı üçün vacib olan bir sıra qanunların müzakirəsi nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, payız sessiyasında rəhbərlik etdiyi komitə Dövlət quruculuğu və hüquq komitəsi ilə birlikdə tikinti məcəlləsi və şəhərsalma problemləri ilə bağlı qanun layihəsini müzakirə edəcək. Müzakirəsi ləngidilən Rəqabət Məcəlləsi isə sentyabrın əvvəlində müzakirəyə çıxarılacaq.

“İqtisadi siyasət komitəsinin təşəbbüsü ilə bir sıra qanunların monitorinqi aparılır. Onlar istehlakçıların hüquqları və reklam haqqında qanunlardır. Vaxtilə qəbul edilən həmin qanunlarda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Gələcəkdə Vergi Məcəlləsində də müəyyən dəyişikliklərin edilməsini gözləyirik. İqtisadiyyatın inkişafında vacib amil olan sahibkarların daha da səmərəli fəaliyyət göstərməsi üçün bu dəyişikliklər edilməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR