Bank Of Baku

Bu il Azərbaycanda toplanan vergilərin 73%-i özəl sektorun payına düşür

Bu il Azərbaycanda toplanan vergilərin 73%-i özəl sektorun payına düşür
# 12 iyul 2011 15:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ötən 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən İlkin məlumata görə, büdcəyə 2 mlrd. 564,1 mln. manat vəsaitin daxil olub. Bu barədə «APA-Economics»ə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.

Onun sözlərinə görə, toplanan vergilərin 696,8 mln. manatı (27,18%) dövlət sektorunun, 1 mlrd. 867,3 mln. manatı (72,82%) isə qeyri-dövlət sektorunun payına düşür.

Ötən ilin eyni dövrünə nisbətən qeyri-dövlət sektoru üzrə daxilolmaların həcmi 39% artıb, nəticədə bu sahə üzrə vergi daxilolmalarının xüsusi çəkisi 2010-cu illə müqayisədə 67,1 %-dən 72,8 % yüksəlib.

İlin ilk 6 ayında regionlar üzrə - ərazi vergi idarələri tərəfindən büdcəyə 197,2 mln. manat daxil olub ki, bu da proqnozdan 22% artıqdır. Ötən ilin ilk yarımili ilə müqayisədə regionlardan toplanan vergilərin həcmi 41,5 mln. manat və ya 26,7 % artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR