Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında islam bankçılığının tətbiqi üzrə məsləhətçi müəyyən olunub

Azərbaycan Beynəlxalq Bankında islam bankçılığının tətbiqi üzrə məsləhətçi müəyyən olunub
# 12 iyul 2011 15:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankında islam bankçılığı prinsipləri əsasında məhsul və xidmətlər təqdim edən xüsusi bölmənin yaradılması üzrə məsləhətçinin cəlb edilməsinə dair tenderin nəticələri məlum olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender komissiyası Azərbaycanın “Ekvita” şirkətinin “Islamic Finance Advisory Assurance Services” şirkəti ilə birgə, “Ernst&Young”ın “Baker McKenzie” ilə birlikdə, “PriceWaterHouse” və “Salans”, “Pinsent Masons”, “KPMG” və “Dar Al Shariah” şirkətlərin konsorsiumu tərəfindən təkliflərə baxıb.

Komissiyanın iclasının nəticəsində tenderin qalibi kimi “Salans”, “Pinsent Masons”, “KPMG” və “Dar Al Shariah” şirkətlərinin konsorsiumu elan olunub. Yaxın 10 gün ərzində konsorsiumla bank arasında müqavilə imzalanacaq, ondan sonra layihə üzrə işlər başlanacaq. İslam bankçılığı üzrə xüsusi bölmənin fəaliyyətə başlanması 2011-ci ilin payızında gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR