Bank Of Baku

Azərbaycanda vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisi qeydiyyata alınıb

Azərbaycanda vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisi qeydiyyata alınıb
# 13 iyul 2011 08:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda iqtisadi fəallığın artması, eləcə də uçot məlumatlarının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq bu ilin 6 ayı ərzində qeydiyyata alınmış obyektlərin sayı ötən ilin eyni dövrünə nisbətən 58,2% artıb.

APA-Economics”in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu dövrdə vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisi, 2126 təsərrüfat subyekti uçota alınıb.

Nazir bildirib ki, ilin ilk yarısında “bir pəncərə” sistemi ilə qeydiyyata alınan 32,5 mindən çox sahibkarın 57,2%-i regionların payına düşür. Yeni vergi ödəyicilərin qeydiyyata alınması gəlir vergisinin yığımını da artırıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilk yarım ildə rəsmiləşdirilməmiş əməkhaqqının artımı təqribən 300 mln. manat, bu əməkhaqqıdan gəlir vergisinin artımı isə 40 mln. manat olub.

Paralel olaraq ödəmələrin qeyri-nağd formada həyata keçirilməsi, o cümlədən POS-terminalların quraşdırılması ilə bağlı əlavə tədbirlər görülüb. Nazirin sözlərinə görə, bu məqsədlə stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan POS-terminalların ölkəmizə gətirilməsi üçün banklarla danışıqlara başlanılıb. Artıq belə aparatların bir qismi gətirilərək obyektlərdə quraşdırılıb. Nəticədə bu ilin 6 ayında təkcə Bakıda 3 mindən artıq yeni POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR