Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsi ilk yarımildə 11% artıq icra olunub

Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsi ilk yarımildə 11% artıq icra olunub
# 13 iyul 2011 08:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsi 2011-cu ilin ilk 6 ayında 110,9% yerinə yetirilib.

APA-Economics”in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ilk yarımildə büdcəyə 5 610,8 mln. manat vəsait daxil olub ki, bunun 2 564,9 mln. manatı Vergilər Nazirliyinin, 542,4 mln. manatı Dövlət Gömrük Komitəsinin, 2 461 mln. manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib.

Nazir bildirib ki, bu ilin ilk 6 ayında dövlət büdcəsinin xərcləri 4 882,1 mln. manat icra edilib. büdcə xərclərinin 30,9% və ya 1 508,1 mln. manatı sosial yönlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 mln. manat və ya 11,3% çox olub. Təhsil xərcləri 50,9 mln. manat və ya 9,9%, sosial müdafiə və sosial təminat xərcləri isə 62,1 mln. manat və ya 10,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR