Bank Of Baku

«Royal Bank»ın aktivləri son bir ildə 21% artıb

«Royal Bank»ın aktivləri son bir ildə 21% artıb
# 13 iyul 2011 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 189,361 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12% artaraq 131,591 mln. manat, depozit portfeli 10,5% artaraq 77,009 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 18,8% artaraq 22,401 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,3% artaraq 22,139 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 29% artaraq 63 971, o cümlədən fiziki şəxslərin sayı 29,4% artaraq 61 621, hüquqi şəxslərin sayı isə 22,1% artaraq 2 350, aktiv plastik kartların sayı 63% artaraq 39 063, o cümlədən debet kartları 32 515, kredit kartlarının sayı isə 6,9% azalaraq 2 155 olub.

Bankın işçilərinin sayı 5,1% azalaraq 573 nəfərə, orta aylıq əmək haqı isə 1,59% artaraq 576 manata çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR