Bank Of Baku

«Başak İnam» sığorta şirkəti «Turan Bank»dakı payını artırmaq niyyətindədir

«Başak İnam» sığorta şirkəti «Turan Bank»dakı payını artırmaq niyyətindədir
# 13 iyul 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkəti «Turan Bank» ASC-dəki payını artırmaq niyyətindədir. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, hazırda şirkətin bankda payı 1% təşkil edir. Strateji plana uyğun olaraq bu pay 3%-dək artırıla bilər. Şirkətin ümumi investisiyalarının 150 min manatı «Turan Bank»ın qiymətli kağızlarına yatırılıb. Bu rəqəmin təxminən 70% artırılaraq 250 min manata çatdırması planlaşdırılır.

Qeyd edək ki, «Turan Bank»ın 26 səhmdarı var ki, onlardan 21-i fiziki şəxslər, 5-i isə hüquqi şəxslərdir. Bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edir. Səhmdarların hamısı minoritar sahiblərdir və 10%-dən az olan paylara malikdir.

Səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR