Bank Of Baku

ABŞ xəzinəsində pensiya ödənişləri üçün pul qurtarıb

ABŞ xəzinəsində pensiya ödənişləri üçün pul qurtarıb
# 13 iyul 2011 11:58 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, prezident “CBS News” telekanalına müsahibəsində 27 mln. nəfərə pensiya ödənişlərinin avqustun 3-nə qədər ödəniləcəyini vəd edə bilməz.

Onun sözlərinə görə, buna səbəb dövlət borcunun yuxarı həddinin artırılması məsələsinin hələ də həll olunmamasıdır.

Məsələ avqustun 2-də Konqresin müzakirəsinə çıxarılacaq. Dövlət borcunun yuxarı həddinin artırılması 2012-ci maliyyə ili üçün prezidentin təqdim etdiyi büdcə layihəsinin bir hissəsidir. Əgər respublikaçılar və demokratlar bu məsələdə razılığa gəlməsələr, ABŞ hökuməti texniki defolt elan edəcək. Demokratlar problemin həlli üçün vergiləri artırmağı, respublikaçılar isə dövlət idarəçiliyinə xərclərin azaldılmasını tələb edirlər.

Öz növbəsində Barak Obama müdafiə xərclərinin kəskin azaldılmasını, sosial ödənişlər sistemini dəyişdirməyi və zəngin amerikalılar üçün vergilərin artırılmasını təklif edir.

Qeyd edək ki, son iki ildə ABŞ büdcəsinin kəsiri 2,8 trln. dollar təşkil edib, bu isə əvvəlki on ilin göstəricilərindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR