Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi 10% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 10% artıb
# 13 iyul 2011 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 mlrd. dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əmtəə mübadiləsinin 2,5 mlrd. dolları MDB üzvü dövlətləri, 11,6 mlrd. dolları digər ölkələrlə həyata keçirilib.

Ötən ilin beş ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,9%, o cümlədən MDB üzvü olan dövlətlər üzrə 46,6%, digər dövlətlər üzrə isə 5,5% çox olub.

Xarici ticarət dövriyyəsinin 10,6 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 5 ay üzrə 7,1 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xarici ticarət əməliyyatlarının 80,6%-i İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, Hindistan, İsrail, Almaniya, Gürcüstan və Çin dövlətləri ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR