Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 50 mlrd. dolları keçə bilər

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 50 mlrd. dolları keçə bilər
# 13 iyul 2011 12:09 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xərcləri hazırkı səviyyədə saxlanıldığı təqdirdə, yaxın 5 ildə Fondun aktivləri proqnozlara əsasən neftin qiymətindən asılı olaraq 50 mlrd. ABŞ dollarını keçə bilər.

APA-ECONOMICS”in məlumatına görə, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin 6 ayı ərzində Fondun gəlirləri 7 925,3 mln. manat və yaxud 10 002,8 mln. ABŞ dolları təşkil edib. Gəlirlərin 96%-i və yaxud 7 611,2 mln. manatı (9 607,3 mln. ABŞ dollarını) karbohidrogen ehtiyatlarının satışından əldə edilib.

Dünya neft bazarlarında xam neftin qiymətlərinin yüksək səviyyədə qalmasının nəticəsi olaraq Neft Fondunun aktivləri 6 ay ərzində 7,6 mlrd. ABŞ dolları artaraq ilk dəfə olaraq iyulun 1-ə 30,4 mlrd. ABŞ dollarına çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR