Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu daha riskli və gəlirli maliyyə alətlərinə investisiya qoyacaq

Azərbaycan Dövlət Neft Fondu daha riskli və gəlirli maliyyə alətlərinə investisiya qoyacaq
# 13 iyul 2011 12:34 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bundan sonra daha riskli və gəlirli maliyyə alətlərinə investisiya qoymağı planlaşdırır.

APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda maliyyə bazarlarında baş verən dəyişiklikləri nəzərə alaraq və daha riskli və mənfəətli alətlərə, o cümlədən şirkətlərin səhmlərinə, daşınmaz əmlaka investisiya etmək məqsədilə ARDNF investisiya portfelinin diversifikasiyası üzrə təkliflərin hazırlanmasının son mərhələsindədir.

İcraçı direktor fondun yeni diversifikasiya olunmuş investisiya strategiyasının artıq bu il təsdiq ediləcəyinə ümid etdiyini bildirib. Aktivlərinin səhmlərə yatırılması isə bu təkliflərin qəbul edilməsindən sonra mümkün olacaq.

Ş.Mövsümovun sözlərinə görə, hazırda ARDNF-nin vəsaitlərinin bir hissəsi «Clariden Leu», «Deutsche Bank» və Dünya Bankı kimi nüfuzlu xarici menecerlər tərəfindən idarə olunur. Yeni investisiya strategiyasının qəbulundan sonra və yeni növ aktivlərə investisiya planları ilə əlaqədar gələcəkdə xarici menecerlərin sayının və onlara verilmiş vəsaitin artırılmasına yenidən baxıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR