Bank Of Baku

«Xalq Bank»ın «Xalq Əmanəti» seriyasının dördüncü nəşri Hüseyn Arifə həsr olunub

«Xalq Bank»ın «Xalq Əmanəti» seriyasının dördüncü nəşri Hüseyn Arifə həsr olunub
# 01 sentyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC sabah «Xalq Əmanəti» seriyasının dördüncü buraxılışını təqdim edəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın maliyyə dəstəyi ilə həyata keçirilən “Xalq Əmanəti” layihəsinin növbəti nəşri Azərbaycanın xalq şairi Hüseyn Arifin (1924-1992) yaradıcılığına həsr olunub.
Xatırladaq ki, «Xalq Bank» 2010-cu ildən başlayaraq xalqın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə «Xalq Əmanəti» mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəfis tərtibatda nəşr olunub. Layihə çərçivəsində Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadə, xalq şairi Məmməd Araz və Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin həyat və yaradıcılığına həsr olunan nəşrlər geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.
«Xalq Əmanəti» seriyasından olan kitablar hədiyyəlikdir, bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR