Bank Of Baku

Bakıda mühasiblərin və auditorların III Avrasiya forumu keçiriləcək

Bakıda mühasiblərin və auditorların III Avrasiya forumu keçiriləcək
# 01 sentyabr 2011 15:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Ceffri Britton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Azərbaycan Auditorlar Palatasından (AAP) «APA-Economics»ə verilən məlumata görə, səfərdə məqsəd bu il sentyabrın 15-17-də Bakıda keçiriləcək «Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri» mövzusunda mühasiblərin və auditorların III Avrasiya forumunda iştirak etməkdir. Forumun təşkilatçısı AAP-dır.
Qeyd edək ki, kiçik biznesdə beynəlxalq mühasibat uçotu və audit standartlarının tətbiqi məsələlərinə daha çox önəm verən EFAA nüfuzlu regional təşkilatdır. Hazırda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya kimi 13 tamhüquqlu və bir assosiativ üzvü olan EFAA-da postsovet məkanını cəmi iki ölkə - Azərbaycan və Ukrayna təmsil edir.
AAP 2003-cü il mayın 5-də bu regional peşə qurumuna tamhüquqlu üzv qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR