Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən ipoteka üçün ayrılan məbləğ artırılıb

Azərbaycanda dövlət büdcəsindən ipoteka üçün ayrılan məbləğ artırılıb
# 02 sentyabr 2011 08:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə AİF-in 8 aylıq hesabatında bildirilir.

Fondun məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 14,2 mln. manat ayrılıb. Xatırladaq ki, bu il büdcədən həmin məqsədlər üçün ümumilikdə 14 mln. manatın ayrılması planlaşdırılırdı. Amma artıq ilk 8 ayda bu hədd keçilib. Qeyd edək ki, Azərbaycanda büdcədən sosial ipoteka məqsədilə ayrılan vəsaitin həcmi artırılacağı gözlənilirdi. Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev «APA-Economics»ə bildirmişdi ki, büdcəyə dəyişikliklər ediləndə AMB də bu sahəyə ayrılan vəsaitin artırılmasını təklif edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR