Bank Of Baku

«AGBank»ın depozit portfeli son bir ildə 18% artıb

«AGBank»ın depozit portfeli son bir ildə 18% artıb
# 02 sentyabr 2011 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin depozit portfelinin həcmi 2011-ci il iyul ayının 1-nə 153,019 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 18,1% artaraq 108,796 mln. manat, tələb olunanadək depozitlər 17,5% artaraq 44,223 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 17,9% artaraq 108,369 mln. manata çatıb.

Bu dövr ərzində bankın xarici öhdəlikləri 24,4% azalaraq 11,050 mln. manat təşkil edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 53 bankomatı, 403 POS-terminalı və 513 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR