Bank Of Baku

Bu il Azərbaycanda 61,3 mln. manatlıq ipoteka krediti verilib

Bu il Azərbaycanda 61,3 mln. manatlıq ipoteka krediti verilib
# 02 sentyabr 2011 10:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda dövlət vəsaitləri hesabına əhaliyə 11,1 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib.

Ümumilikdə 2011-ci ilin ilk 8 ayında 61,3 mln. manatlıq ipoteka kreditləri verilib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 311 mln. manata çatıb. Nəticədə sentyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 34,1 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, avqustun 1-də 32,9 manat olub.

Avqust ayında AİF tərəfindən 6 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Bu, iyul ayına nisbətən 22,4% çoxdur. Yanvar-avqust aylarında 44,3 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə indiyədək verilən ipoteka kreditlərinin 220,3 mln. manatı və ya 69,36%-i təkrar maliyyələşdirilib. Avqust ayında dövlət büdcəsindən AİF-ə 7,3 mln. manat vəsait ayrılıb. Nəticədə ilk 8 ayda büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 14,2 mln. manata çatıb.

Avqustda İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb. Yanvar-avqust aylarında Fondun buraxdığı istiqrazların həcmi 47 mln. manata çatıb. Ümumilikdə bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR