Bank Of Baku

«AGLeasing» şirkəti xərclərini məhdudlaşdırır

«AGLeasing» şirkəti xərclərini məhdudlaşdırır
# 02 sentyabr 2011 10:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkəti xərclərin azaldılması üçün bundan sonra fəaliyyətini «AGBank»ın baş ofisində davam etdirəcək və bu məqsədlə təsisçi bankın ofisinə köçüb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Səbuhi Baxşəliyev bildirib.

S.Baxşəliyevin sözlərinə görə, bundan sonra lizinq şirkətinin maliyyə məsələlərinə, o cümlədən büdcənin xərclər hissəsinə «AGBank» nəzarət edəcək.

Qeyd edək ki, şirkətin xərclərinin minimuma endirilməsi məqsədilə artıq bəzi işçilər işdən çıxıb.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR