Bank Of Baku

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının ilk iclası Belqradda keçiriləcək

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının ilk iclası Belqradda keçiriləcək
# 02 sentyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin oktyabr ayında Belqradda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının birinci iclasının keçirilməsi planlaşdırılır.

APA-nın xəbərinə görə, Azərbaycan tərəfdən komissiyaya iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbərlik edəcək.

Qeyd edək ki, sentyabrın 1-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Azərbaycanda səfərdə olub. Müzakirələr zamanı siyasi və humanitar sahələrdə əməkdaşlıqdan başqa, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Serbiyaya Azərbaycan investisiyalarının cəlb edilməsi məsələlərinə də diqqət ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR