Bank Of Baku

«AGBank»ın mənfəəti son bir ildə 5% artıb

«AGBank»ın mənfəəti son bir ildə 5% artıb
# 02 sentyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2011-ci ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin həcmi 3,914 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 2,2% artaraq 21,510 mln. manata, o cümlədən faiz gəlirləri 3% azalaraq 16,126 mln. manata, qeyri-faiz gəlirləri isə 22% artaraq 5,383 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 1,7% artaraq 17,596 mln. manat, o cümlədən faiz xərcləri 2,8% azalaraq 7,925 mln. manat, qeyri-faiz xərcləri 5,6% artaraq 9,670 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 3,1% azalaraq 8,201 mln. manat, qeyri-faiz zərəri isə 9,5% azalaraq 4,287 mln. manat olub.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 53 bankomatı, 403 POS-terminalı və 513 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR