Bank Of Baku

KfW-nin Azərbaycan üzrə maliyyə meneceri dəyişir

KfW-nin Azərbaycan üzrə maliyyə meneceri dəyişir
# 02 sentyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankı (KfW) Azərbaycan üzrə yeni maliyyə meneceri təyin edib. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı ofisindən məlumat verilib.

«Hazırda bankın Azərbaycan üzrə maliyyə meneceri vəzifəsində Gerald Hüqner çalışır ki, o, bu vəzifəni 2011-ci ilin sonunadək icra edəcək. Gələn ildən isə bu vəzifəni Kurt Ştrasser icra edəcək», - deyə ofisdən bildirilib.

KfW-nin Bakı ofisindən həmçinin qeyd ediblər ki, K.Ştrasser Bankın Azərbaycanda layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri Mixael Merşelin sentyabrın sonunda Bakıya gözləniən səfəri çərçivəsində ölkə rəsmilərinə təqdim olunacaq. Belə ki, yeni maliyyə menecerinin Azərbaycan Mərkəzi Bankında keçiriləcək görüşdə, həmçinin «Access Bank»ın səhmdarlarının ümumi toplantısında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, KfW analoji rotasiyaları vaxtaşırı həyata keçirir.

Xatırladaq ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturunun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və sair layihələr daxildir. Hazırda KfW «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi, Kredit Zəmanət Fondunun yaradılması, «Kadastr və daşınmaz əmlakın reyestri» layihəsini və s. icra edir. Bankın Azərbaycan üzrə kredit portfeli 412 mln. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR