Bank Of Baku

Azərbaycanda pul bazası 33% artıb

Azərbaycanda pul bazası 33% artıb
# 05 sentyabr 2011 10:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu ilin sentyabrın 1-nə 7 119,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin sentyabrın 1-nə nisbətən bu göstərici 1 745,8 mln. manat və ya 32,5% artıb.

Eyni zamanda, cari ilin əvvəlindən pul bazası 722,2 mln. manat və ya 11,3% artıb, o cümlədən, avqust ayında artım 261,2 mln. manat və ya 3,8% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR