Bank Of Baku

«Royal Bank» ilin sonunadək xaricdən yeni kredit cəlb edəcək

«Royal Bank» ilin sonunadək xaricdən yeni kredit cəlb edəcək
# 05 sentyabr 2011 12:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC 2011-ci ilin sonuna kimi xarici maliyyə qurumlarından 20-30 mln. ABŞ dolları həcmində kredit cəlb etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Barat Piriyev bildirib.

B.Piriyevin sözlərinə görə, bankın planlarına əsasən, kredit vəsaitləri Avropa və Asiyanın tanımış maliyyə institutlarından cəlb ediləcək: «Bu maliyyə təşkilatlarının adları hələlik konfidensial saxlanılır. Xarici maliyyə qurumlarının son rəsmi razılığı aındıqdan və ya kredit sazişi imzalandıqdan sonra bu təşkilatların adlarını açıqlaya bilərik».

Bankın sədri bildirib ki, kreditlər Azərbaycan iqtisadiyyatına, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR