Bank Of Baku

Avqustda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 18% azalıb

Avqustda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 18% azalıb
# 05 sentyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 25 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 8 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsinin USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 37,557 mln. manat və ya dollar ekvivalentində 47,755 mln. təşkil edib.

EUR/AZN aləti üzrə isə ümumi dövriyyə 1 260 954 manat təşkil edib və bu alət üzrə avronun manata orta ölçülmüş məzənnəsi 1,1360 manat təşkil edib.

Nəticədə, avqust ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 38,818 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 18%, ötən ilin avqust ayına nisbətən isə 20% azdır.

Avqustda Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,137 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,910 mln. dollar təşkil edib.

Eyni zamanda, avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (54,48%), «Xalq Bank» (20,94%), «Bank Standard» (12,59%), «Bank of Baku» (2,35%) və «Paşa Bank» (2,29%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR