Bank Of Baku

«Atrabank»ın depozit portfeli son bir ildə iki dəfə artıb

«Atrabank»ın depozit portfeli son bir ildə iki dəfə artıb
# 05 sentyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin depozit portfelinin həcmi 2011-ci il iyul ayının 1-nə 13,190 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə iki dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 94% artaraq 9,797 mln. manata, tələb olunanadək depozitlər 2,8 dəfə genişlənərək 2,544 mln. manata, əhalinin əmanətləri isə 75% artaraq 848 min manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 31 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR