Bank Of Baku

«Unibank»ın dövlət vəsaiti hesabına ayırdığı ipoteka kreditlərinin portfeli 17,5 mln. manata çatıb

«Unibank»ın dövlət vəsaiti hesabına ayırdığı ipoteka kreditlərinin portfeli 17,5 mln. manata çatıb
# 05 sentyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin İpoteka Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditləri portfelinin ümumi həcmi 17,5 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən «Unibank» AİF-in xətti ilə 4,2 mln. manat məbləğində 111 ipoteka krediti verib ki, bu da ölkə üzrə Fondun xətti ilə verilən kreditlərin 7%-ni təşkil edir.

Bütövlükdə, 2006-cı ildən 2011-ci ilin avqustun 31-dək, bank tərəfindən 447 ipoteka krediti ayrılıb. Bura 1,226 mln. manat həcmində 40 sosial ipoteka krediti də daxildir.

Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust aylarında «Unibank»ın ipoteka portfeli 35%, borcalanların sayı isə 30% artıb. Ötən ilin yekunlarına görə, ipoteka portfelinin artımı 5,25 mln. manat səviyyəsində olub. Bu ilin sonuna isə bankın AİF-in xətti ilə ayırdığı ipoteka kreditlər üzrə məcmu portfelinin ən azı 18 mln. manata çatacağı gözlənilir.

Xatırladaq ki, «Unibank» 2009-cu il iyun ayının 1-dən AİF-in xətti ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR