Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi avqustda 0,05% enib

Azərbaycanda dolların birja məzənnəsi avqustda 0,05% enib
# 05 sentyabr 2011 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,05% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7866 AZN-dən 0,7862 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi orta ölçülü birja məzənnəsi may ayında 0,7864 AZN/1 USD-yə bərabər olub. Halbuki, iyul ayında bu göstərici 0,7865 AZN/1 USD təşkil edib.

Xatırladaq ki, bu ilin avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 8 bankın iştirakı ilə 38,818 mln. manat həcmində 25 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyul ayı ilə müqayisədə 20% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR