Bank Of Baku

Azərbaycanda inflyasiya prosesi bərpa olunub

Azərbaycanda inflyasiya prosesi bərpa olunub
# 06 sentyabr 2011 07:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.
«Cari ilin aprel ayından davam edən deflyasiyadan sonra avqust ayında hər üç qrup üzrə bahalaşma müşahidə olunmasına baxmayaraq, ilin əvvəlindən istehlak qiymətlərinin artımı 0,2 faiz bəndi azalaraq cari ilin yanvar-avqustunda 8,5%-dək enib», - deyə Komitədən bildirilib.
Avqust ayında ərzaq məhsullarından mal əti, qoyun əti, kolbasa, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, kərə yağı, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, şabalıd, göyərti, xiyar, göy lobya, çuğundur, kök, sarımsaq, soğan, şəkər və şəkər tozunun qiyməti bahalaşıb.
Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən un, qarabaşaq yarması, pasterizə və sterilizə olunmuş üzlü süd, banan, alma, armud, gavalı, şaftalı, qarpız və yemiş, üzüm, kələm, pomidor, bibər, badımcan, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.
Avqust ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabılar, inşaat materiallarından yağlı və sulu boyalar, parket üçün lak, divar kağızları, su tənzimləyici cihazlar, kəsilmiş taxta, ağac yonqar və lifli lövhələr, kərpic, laminat parket, mebellərdən mətbəx üçün mebel dəsti, mətbəx üçün stol və kətil, yataq mebel dəsti, qonaq və yemək otaqları üçün dəst, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb.
Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən inşaat materiallarından pəncərə şüşəsi, parket, sement, məişət avadanlıqlarından paltaryuyan maşın, qaz pilətəsi, şirəçıxaran, mikserin qiymətlərində müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ay beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR