Bank Of Baku

Qlobal maliyyə böhranına görə ilk siyasətçi məhkəmə qarşısında dayanıb

Qlobal maliyyə böhranına görə ilk siyasətçi məhkəmə qarşısında dayanıb
# 06 sentyabr 2011 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. İslandiyada keçmiş baş nazir Geir Haarde üzərində məhkəmə prosesi başlayıb. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, sabiq hökumət başçısı 2008-ci ildə ölkədə maliyyə böhranının sürətlənməsinə görə ittiham olunur.

Geir Haarde maliyyə böhranı ilə əlaqədar məhkəmə qarşısında duran ilk siyasətçidir. Onun işi üzrə dinləmələr 1905-ci ildə məxsusi olaraq hökumət məmurları üçün yaradılmış Landsdomur məhkəməsində keçirilir. Maraqlıdır ki, indiyədək bu məhkəmədən heç vaxt istifadə olunmayıb.

Qeyd edək ki, 2010-cu ilin aprelində xüsusi komissiya Geir Haarde və daha üç siyasətçinin ölkənin maliyyə sistemi barədə həqiqi məlumatları gizlətdiyini üzə çıxarıb. Nəticədə 2008-ci ilin payızında İslandiyanın bank sistemi böhranla üzləşib. Bu səbəbdən hökumət ölkənin iri banklarını təcili milliləşdirib və kömək üçün beynəlxalq qurumlara müraciət edib. 2009-cu ilin yanvarında isə Haarde hökuməti istefaya gedib.

Sabiq baş nazir ittihamları qəbul etmir və prosesi hazırkı hökumətin qisası kimi qiymətləndirir. İttihamlar təsdiqlənərsə, Haardeni maksimum 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR