Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlət qiymətli kağızlar bazarının artım tempi korporativ qiymətli kağızlar bazarının artım tempindən 3,4 dəfə çox olub və dövlət qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə artaraq 3,417 mlrd. manat təşkil edib.
«Hesabat dövründə dövlət istiqrazları bazarının həcmi, əməliyyatların sayı və gəlirliyində artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmində 4%, əməliyyatların sayında isə 62% artım baş verib. Bir aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi ilin əvvəlindən 1,36%-dən hesabat dövrünün sonunadək 1,46%-ə, 3 aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi 1,61%-dən 2,3%-ə, 6 aylıq dövlət istiqrazlarının gəlirlik səviyyəsi 2,01%-dən 2,99%-ə artıb, bir illik geriçağrılabilən dövlət istiqrazlarının orta gəlirlik səviyyəsi isə 4% təşkil edib. Cari ilin yanvar-iyun ayları ərzində dövlət istiqrazlarının gəlirliklərinin bazar siqnalları əsasında müəyyənləşməsi məntiqli gəlirlik əyrisinin formalaşması ilə nəticələnib», - deyə QKDK-dan bildirilib.
Komitədən həmçinin bildirilib ki, pul siyasətinin neytrallaşdırılması ilə Azərbaycan Mərkəzi Bankının (AMB) notlarının həcmi və gəlirliyində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 2011-ci ilin 6 ayı ərzində AMB-nın notlarının ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə, təkrar bazarı isə 2,7 dəfə artıb, ümumi əməliyyatların həcmi isə 492 mln. manat təşkil edib: «Cari ilin əvvəlindən I rübün sonunadək notların orta gəlirliyinin azalması tendensiyasının davam etməsinə baxmayaraq, II rüb ərzində notların orta gəlirliyində 1,3 dəfə artım baş verib. Bu da öz növbəsində bazarda notlara olan tələbatın artmasına və əməliyyatların dinamikasına müsbət təsir göstərib».
Dövlət qiymətli kağızlar bazarı
Qiymətli kağızların növləri | Yanvar-iyun, 2011 | Yanvar-iyun, 2010 | Dinamika (%) | ||
Əqdlərin sayı | Məbləğ (manatla) | Əqdlərin sayı | Məbləğ (manatla) | ||
Dövlət qiymətli kağızları | 905 | 3 417 856 602 | 553 | 665 117 859 | 5,1 dəfə |
Dövlət istiqrazları | 123 | 194 093 856 | 76 | 186 636 438 | 4,0% |
Dövlət istiqrazları | 103 | 173 869 169 | 43 | 111 314 128 | 56,2% |
Dövlət istiqrazları | 20 | 20 224 688 | 33 | 75 322 359 | -73,1% |
Mərkəzi Bankın notları | 177 | 492 009 046 | 98 | 111 988 456 | 4,4 dəfə |
Mərkəzi Bankın notları | 172 | 482 453 358 | 97 | 108 515 801 | 4,4 dəfə |
Mərkəzi Bankın notları | 5 | 9 555 688 | 1 | 3 472 655 | 2,7 dəfə |
Repo/Əks-repo | 605 | 2 731 753 700 | 379 | 366 492 916 | 7,4 dəfə |
Dövlət istiqrazları | 9 | 7 299 536 | 14 | 16 492 988 | -55,7% |
Mərkəzi Bankın notları | 596 | 2 724 454 164 | 365 | 349 999 928 | 7,8 dəfə |