Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 16,4%-i ötüb

İTM: Azərbaycanda illik inflyasiya 16,4%-i ötüb
# 06 sentyabr 2011 11:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyuev – APA-Econmomics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidənin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 2,21% artıb, o cümlədən ərzaq məhsulları 3,71%, qeyri-ərzaq məhsulları 0,41%, xidmətlər isə 0,49% bahalaşıb.

İyul ayına nisbətdə avqustda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,37%, regionlarda 2,05% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 3,75%, regionlarda 3,67%, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,80% və 0,03%, xidmətlər isə 0,69% və 0,30% bahalaşıb. Avqust ayı ərzində ən çox məktəblilər üçün çantalar (22,94%), toyuq yumurtası (22,53%), sümüklü qoyun əti (10,27%), sümüksüz mal əti (8,42%), günəbaxan yağı (8,69%) bahalaşıb. Mövsümi amillərlə bağlı avqust ayında üzüm 40,63%, armud 18,15%, alma 3,21% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (son 12 ayda) ölkədə 16,44% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 20,41%, regionlarda isə 12,54% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (28,01%) olub. Qeyri-ərzaq məhsullarında artım 3,72%, xidmətlərdə isə 4,45% təşkil edib.

Bu ilin 8 ayında ölkədə istehlak qiymətləri 7,82%, o cümlədən ərzaq məhsulları 12,47%, qeyri-ərzaq məhsulları 1,94%, xidmətlər isə 3,30% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR