Bank Of Baku

«Royal Bank» nizamnamə kapitalını artırır

«Royal Bank» nizamnamə kapitalını artırır
# 06 sentyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC 2011-ci ilin sonuna kimi nizamnamə kapitalını 43% artıraraq 33 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Barat Piriyev bildirib.

B.Piriyevin sözlərinə görə, kapitallaşmanın mövcud səhmdar hesabına artırılması planlaşdırılır. Əlavə, 10 mln. manatlıq emissiyanın ilin sonuna kimi yerləşdirilməsi nəzərdə tutulub. Bu emissiya nəticəsində bankın nizamnamə kapitalının həcmi 33 mln. manata çatdırılacaq.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari il iyul ayının 1-nə bankın aktivləri 189,361 mln. manat, kredit portfeli 131,591 mln. manat, depozit portfeli 77,009 mln. manat, məcmu kapitalı 22,401 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR