Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən dollar 1,4% ucuzlaşıb, avro 6,7% bahalaşıb

Azərbaycanda ilin əvvəlindən dollar 1,4% ucuzlaşıb, avro 6,7% bahalaşıb
# 06 sentyabr 2011 13:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, yanvar-avqust aylarında avronun rəsmi məzənnəsi 6,7% yüksəlib.

Bu tendensiyaların əsas səbəbi dünya bazarında bu iki aparıcı valyutanın qarşılıqlı məzənnəsinin dinamikası ilə bağlı olub. Belə ki, ilin əvvəlindən dünya bazarında avro dollara qarşı 6,9% bahalaşıb. Nəticədə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən rəsmi məzənnə bu dinamika əsasında avronun manata qarşı bahalaşmasında əksini tapıb.

«APA-Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, Azərbaycanda dolların ucuzlaşması avronun bahalaşmasından daha böyük diqqət çəkir, çünki ölkədə dollar avrodan daha çox istifadə olunur. Belə ki, məhz dollar hələ də əsas yığım valyutası kimi istifadə olunur və onun ucuzlaşması dollarda olan yığımları (həm nağd, həm də bank əmanətləri) müvafiq səviyyədə dəyərdən salır. Həmçinin bu, ənənəvi olaraq dollarda qiymətləndirilən mallarda (məsələn, daşınmaz əmlak) müşahidə olunur. Lakin bu halda satıcılar dolların ucuzlaşması səbəbindən malın satış qiymətini müvafiq həddə qaldırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR