Bank Of Baku

Azərbaycanda qiymətli kağızlar bazarı ilə bağlı yeni qanun layihələri hazırlanıb

Azərbaycanda qiymətli kağızlar bazarı ilə bağlı yeni qanun layihələri hazırlanıb
# 06 sentyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Mülki Məcəlləyə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Artıq müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmış bu sənəd Nazirlər Kabinetinə təqdim olunub.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, qanun layihəsi mövcud qanunvericiliyin, xüsusilə də, səhmdar cəmiyyətlərində mühüm iştirak payının əldə edilməsi, yenidən təşkil edilməsi zamanı səhmdarların hüquqlarının müdafiəsi, təsis edilməsi və kapitallarının dəyişilməsi ilə bağlı müddəaların Avropa İttifaqının Direktivlərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Bundan başqa, səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tədbirlər də davam etdirilib. Belə ki, «Azərbaycanın Mülki Məcəlləsinin 4-cü Fəslinin səhmdar cəmiyyətlərinə dair maddələrinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında» qanun layihəsi hazırlanaraq müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunub.
Bununla yanaşı, investorların hüquqlarının müdafiəsi sahəsində cari işlərin görülməsi də davam edib. Belə ki, Komitəyə səhmdar cəmiyyətlərin fəaliyyəti ilə bağlı daxil olmuş şikayət və ərizələrin qanunvericiliyə müvafiq qaydada cavablandırılması təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR